Klub prezidenti hamını şoka saldı: baş məşqçi danışa bilmədi

Klub prezidenti hamını şoka saldı: baş məşqçi danışa bilmədi
Fransanın "Lion" klubunun prezidenti Jean Maykl Aulas futbolda görünməmiş addım atıb.
Fanat.Az xəbər verir ki, Fransa Kubokunda "Renn"ə uduzduqları (2:3) oyundan sonra mətbuat konfransına gələn klub rəhbərinin açıqlamaları şok effekti yaradıb.
Baş məşqçi Bruno Genesio ilə birlikdə mətbuat konfransına gələn Aulas mütəxəssisə etdiyi 2 illik müqavilə təklifini geri çəkdiyini bildirib: "Bruno ilə görüşdüm. Onunla finala yüksələcəyi və kuboku qazanacağı halda 2 illik müqavilə imzalayacağımız haqda razılığa gəldik. Amma o, hədəfə çata bilmədi və indi qərarımıza hörmətlə yanaşmalıdı. Təəssüf ki, finala çıxa bilmədik. Son qərarı mövsümün sonunda verəcəyik. Brunoya hər şey üçün təşəkkür edirəm. Amma müqavilənin müddətini artırmaq təklifini geri çəkdik. Başqa komandalarla danışıqlar apara bilər".
Daha sonra özündən çıxan Aulas "Bruno tələsərək müqavilə uzatma məsələsinin tez açıqlanmasını istədi" deyib.
Bu açıqlamalardan sonra şoka düşən baş məşqçi isə danışmaqdan imtina edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər