Klub prezidenti faciəvi şəkildə öldü

Klub prezidenti faciəvi şəkildə öldü

Gürcüstanın “Zestafoni” futbol klubunun təsisçisi və prezidenti, biznesmen İlia Kokaya faciəvi şəkildə həyatını itirib. 

Fanat.Az xəbər verir ki, o, Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən yıxılıb.   Başından xəsarət alan klub başqanı hadisə yerindəcə ölüb. Kokaya ilə zirvəni fəth etməyə yollanan iş adamı Levan Muşkudiani əraziyə xilasedicilər çağırıb.   65 yaşlı Kokaya təcrübəli alpinist olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər