"Bavariya"da köməkçi məşqçi qismində fəaliyyət göstərən Miroslav Kloze baş məşqçi olacaq.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, 16 qolla dünya çempionatları tarixinin ən yaxşı bombardiri olan sabiq hücumçu 2-ci Bundesliqa təmsilçisi "Fortuna"nı çalışdıracaq.
Dəvət Kloze "Verder"də oynadığı vaxt Bremen təmsilçisində çalışan, hazırda "Fortuna"nın idman direktoru işləyən Klaus Allofsdan gəlib.
Fanat.Az