Klouçek bədbəxt hadisə nəticəsində həyatını itirdi

Klouçek bədbəxt hadisə nəticəsində həyatını itirdi

Çexiyalı keçmiş hokkeyçi Tomaş Klouçek bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkələrdə onun xanımı Barbara yayıb.

Sabiq müdafiəçi xizək sürərkən dirəyə çırpılıb. Dəbilqə taxmasına, həmçinin dirəyin yumşaq materialla əhatələnməsinə baxmayaraq, 45 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, T.Klouçek Milli Hokkey Liqasında (NHL) "Nyu-York Reyncers", "Neşvill" və "Atlanta"nın formasını geyinib və bu klublarda ümumilikdə 141 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər