Kloppdan "Borussiya"ya zərbə - Avroliqanın 4 xoşbəxti

Kloppdan "Borussiya"ya zərbə - Avroliqanın 4 xoşbəxti
Çempionlar Liqasının ardınca Avropa Liqasında da yraımfinalçılar müəyyənləşib. Fanat.az xəbər verir ki, bu gecə 1/4 finala yekun vurulacaq və turnirin ən güclü 4 komandasının adına aydınlıq gəlib.
Gecənin əsas qarşılaşması Liverpulda keçirilib. Şəhərin eyniadlı təmsilçisi Dortmund "Borussiya"sını qəbul edib. Komandalar arasındakı ilk oyun 1:1 hesabı ilə yekunlaşmışdı. Bu oyun "Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün böyük əhəmiyyət daşıyırdı. Belə ki, 2008-2015-ci illərdə "Borussiya"nı çalışdırmış, komandanı 2 dəfə Bundesliqanın, 2 dəfə Almaniya Super Kubokunun və 1 dəfə ölkə kubokunun qalibi etmiş alman mütəxəssis sabiq komandası ilə oyunda özünü bir daha sübut etmək istəyirdi.
Oyun "Liverpul" üçün heç də yaxşı başlamayıb. Belə ki, ilk 9 dəqiqədə 2 qol vuran "Borussiya" böyük üstünlük edib. İlk yarının əvvəlində meydan sahibləri fərqi azaldıb. Aza sonra qonaqlar yenidən 2 top fərqi ilə üstünlük əldə etsə də, "Liverpul" nəyinki hesabı bərabərləşdirib, hətta qələbə qolunu da vurub - 4:3. Bununla "Borussiya" tarrixində ilk dəfə Avropa Liqasının qalibi olmaq hüququnu itirib. "Liverpul" isə 4-cü dəfə eyni turniri qazanmaq şansını davam etdirib (1973, 1976, 2001). İngilətərə klubu bu mövsüm yarışın qalibi olmaqla 15 illik həsrətə son qoya bilər.
"Şaxtyor" "Braqa"nı qəbul edib. Səfərdə 2:1 hesablı qələbə qazanan Ukrayna klubu evdə darmadağına sevinib - 4:0. Bununla da Mirça Luçeskunun komandası ikinci dəfə Avropa Liqasının qalibi olmaq şansını davam etdirib. "Şaxtyor" indiyədək bir dəfə - 2008/09 mövsümündə turnirin qızıl medallarına sahib çıxıb. 
"Sparta" isə "Vilyarreal"ı qəbul edib. Ev oyununda 2:1 hesablı qələbə qazanan ispanlar səfərdəki 6 qolluq oyunun qalibi olaraq (4:2) adını yarımfinala yazdırıb. "Vilyarreal" indiyədək iki dəfə - 2003/14 və 2010/11 mövsümündə Avropa Liqasının yarımfinalına çıxsa da, qalib ola bilməyib. Komandanın Avropadakı ən böyük uğuru Çempionlar Liqasının yarımfinalına çıxması olub - 2005/06 mövsümü. 
Gecənin digər maraqlı qarşılaşması İspaniyada keçirilib. Bu oyunda ölkənin iki komandası - "Sevilya" və "Atletik" üz-üzə gəlib. İlk oyunda 2:1 hesablı qələbə qazanan "Sevilya" evdəki matçın əsas vaxtında eyni hesabla yenilib. Bu səbəbdən qalibi müəyynləşdirmək üçün əlavə vaxt elan edilib. Lakin 30 dəqiqədə də tərəflərdən heç kim qol vura bilməyib. Nəticədə, yarımfinalçının adına penalti seriyasında aydınlıq gəlib. Bu zaman daha dəqiq oynayan sevilyalılar yarımfinala çıxıb - 5:4. 
Qeyd edək ki, "Sevilya" Avropa Liqasının rekordçusu hesab olunur. La Liqa klubu indiyədək hamıdan çox - 4 dəfə turnirin qalibi olub. Sevilyalılar həmçinin son iki mövsümün də qalibidi. Onlar 2013/14 mövsümündə "Benfika"nı, 2014/15 mövsümündə "Dnepr"i məğlub edib. Bu komanda cari mövsümdə də turnirin qalibi olmaqla tarixi uğura imza ata bilər.
Avropa Liqası
1/4 final
Cavab oyunları
14 aprel
Liverpul (İngiltərə) - Borussiya (Dortmund, Almaniya) 4:3
Qollar: Divok Origi, 48. Filip Koutinyo, 66. Mamadou Sako, 78. Deyan Lovren, 90+1 - Henrix Mkitaryan, 5. Pyer-Emerik Aubameyanq, 9. Marko Reus, 57.
Hakimlər: Cüneyt Çakır, Cem Satman, Tarik Ongün, Serkan Ok (Türkiyə).
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşek (Türkiyə).
Liverpul. Anfield stadionu.
Sevilya (İspaniya) - Atletik (İspaniya) 1:2 (penalti - 5:4)
Qollar: Kevin Qameyro, 59 - Aritz Aduriz, 57. Raul Qarsiya, 80.
Dəqiq olan penaltilər: Koke, Qreqori Kriçovyak, Yevgeni Konoplyanka, Stiven N`Zonzi, Kevin Qameyro - Raul Qarsiya, Borya Viquera, Mikel San Joze, Markel Susaeta.
Dəqiq olmayan penalti: Benat Etksebarriya.
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul (Sloveniya).
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçic (Sloveniya).
Sevilya. Ramon Sançes Pizjuan stadionu.
Şaxtyor (Ukrayna) - Braqa (Portuqaliya) 4:0
Qollar: Dariyo Srna, 24-pen. Rikardo Ferreyra, 43 (avtoqol); 74 (avtoqol). Viktor Kovalenko, 50.
Hakimlər: Pavel Kraloveç, Roman Slişko, Martin Vilçek, Tomaş Mokruş (Çexiya).
Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Miçal Patak (Çexiya).
Lvov. "Lvov Arena".
Sparta (Çexiya) - Vilyarreal (İspaniya) 2:4
Qollar: Borek Dockal, 65. Ladislav Kreyçi, 71 - Kedrik Bakambu, 5; 49. Samu Kastilleyo, 43. David Lafata, 45+1 (avtoqol). 
Hakimlər: Martin Atkinson, Maykl Mullarkey, Stepan Çild, Stüart Burt (İngiltərə).
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Krayq Pavson (İngiltərə).
Praqa. "Generali Arena"
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər