Klopp yeni işi ilə bağlı açıqlama verdi

Klopp yeni işi ilə bağlı açıqlama verdi

Bu gün "Red Bull" şirkətinin futbol əməliyyatlarının qlobal rəhbəri vəzifəsinə təyin edilən Yürgen Klopp yeni işi ilə bağlı açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, alman mütəxəssisin sözlərini şirkətin mətbuat xidməti belə çatdırıb:

"Strukturumuzda inanılmaz futbol istedadları var. Onları inkişaf etdirmək, təkmilləşdirmək və dəstəkləmək istəyirəm".

Xatırladaq ki, daha öncə "Maynts" və Dortmund "Borussiya"sını çalışdıran Klopp ötən mövsümün sonunda "Liverpul"un baş məşqçi postunu öz istəyi ilə tərk edib.

Nihat 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər