Klopp Mersisayd derbisindəki qələbəni belə şərh etdi

Klopp Mersisayd derbisindəki qələbəni belə şərh etdi

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının  9-cu turunda "Everton" üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Fanat.Az xəbər verir ki, BBC alman mütəxəssisin bu gün keçirilən Mersisayd derbisi barədə dediklərini belə çatdırıb:

"Matç çox xoşuma gəldi. Amma ilk yarıda son ötürmələri daha yaxşı edə bilsəydik, hesab 3:0 olardı. Yaxşı oynadığımız üçün fasiləyə qədər qol vurmalıydıq, lakin bu, alınmadı.  Hücumda çətinlik çəkdik. Çünki "Everton" yaxşı sıx müdafiə olunurdu. Rəqibin azlıqda qalması (Eşli Yanq matçın 37-ci dəqiqəsində qırmızı vərəqə alıb - red.) oyunun gedişinə ciddi təsir göstərdi. Oyunçularımdan güc futboluna üstünlük vürməmələrini xahiş etdim. 

Konateyə gəlincə, bəli, o, 64-cü dəqiqədə meydandan qovula bilərdi. Bu səbəbdən də onu əvəzlədik və əvəzləmədən sonra müdafiədə etibarlı və kompakt oynadıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər