"Liverpul"un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının favoritlərinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Goal" alman mütəxəssisin söylədiklərini ictimaiyyətə belə çatdırıb:
"Mənim turnirdə mübarizəni davam etdirənlər arasında iki favoritim var: "Mançester Siti" və "Bavariya". Üz-üzə gəlsələr, fərqli matç olar. Əlbəttə, bu oyunun baş tutub-tutmayacağını söyləmək çətindi. "Bavariya" möhtəşəm mövsüm keçirib. Hətta fasilədən sonra da əla görünürdülər."Siti"nin də heyəti göz oxşayır. Mançester təmsilçisinin hansısa komandaya uduzacağını söyləməyə ciddi əsas yoxdu. Bu, o demək deyil ki, başqalarının heç bir şansı yoxdu. Ancaq əsas favoritlər adlarını çəkdiyim komandalardı".
Fanat.Az