Klopp İngiltərənin ən yaxşısıdır!

Klopp İngiltərənin ən yaxşısıdır!

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqada 2021/2022 mövsümünün baş məşqçisi seçilib.

Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis karyerasında ikinci dəfə bu mükafatı qazanıb. O, ilk dəfə 2020-ci ildə buna nail olub.

"Liverpul" Premyer Liqanı 92 xalla ikinci pillədə başa vurub. “Mançester Siti” 93 xalla çempion olub.

Klopp 2015-ci ilin oktyabrından "Liverpul"un "sükanı arxasında"dır. Bu müddət ərzində o, klubu ilə 6 kubok - Premyer Liqa, Çempionlar Liqası, Liqa Kuboku, İngiltərə Kuboku, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatı qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər