Klopp Fransa klubu ilə çalışacaq - AÇIQLAMA

Klopp Fransa klubu ilə çalışacaq - AÇIQLAMA

Hazırda "Red Bull" ilə əməkdaşlıq edən alman mütəxəssis Yürgen Klopp Fransa klublarından birinin layihəsində iştirak edəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı “Lequipe” yayıb. 

Mənbənin məlumatına görə, söhbət “FK Paris” klubundan gedir. 

Paytaxt klubunun yeni sahibi Antuan Arno nəşrə açıqlamasında əməkdaşlıqdan danışıb. “Mən artıq Klopp ilə danışmışam, onunla işləyəcəyimiz üçün fəxr edirəm. O, araşdırma işlərində bizə kömək edəcək”. 

Qeyd edək ki, "FK Paris" hazırda Fransanın ikinci divizionunda çıxış edir. Keçirilən 13 oyundan sonra komanda 27 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər