"Liverpul"un çalışdırıcısı Yürqen Klopp İngiltərə Məşqçilər Assosiasiyası tərəfindən ilin məşqçisi seçilməsi və Aleks Ferqyuson adına mükafata layiq görülməsinə münasibət bildirib.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Klopp Ferqyusona heyran olduğunu gizlətməyib:
"Məşqçilər Assosiyasi tərəfindən Ser Aleks Ferqyusonun adını daşıyan mükafata layiq görüldüyüm üçün şadam. Mən Ferqyusona heyranam.
Başa düşürəm, "Liverpul"un məşqçisi üçün bunu demək elə də məqbul hesab olunmur. Amma mən ona heyran olduğumu gizlədə bilmərəm. Ferqyuson - görüşdüyüm və birlikdə yediyim ilk britaniyalı məşqçidi. Onun bunu xatırladığından əmin deyiləm, amma mən heç vaxt unutmayacam. Çünki onda mənə sanki Roma Papası ilə görüşmüşəm kimi gəlirdi.
İlk saniyələrdən dil tapa bilmişdik. Bir gün onun adını daşıyan mükafata layiq görüləcəyimi ağlımdan belə keçirməzdin. Bu mükafatı daha da xüsusiləşdirən şey həmkarlarımın seçim etməsidi".
Fanat.Az