Almaniya Bundesliqasında 2020/21 mövsümünü 16-cı pillədə başa vuran "Köln” 2-ci Bundesliqanın üçüncüsü "Holştayn”la pley-offun cavab matçına çıxıb.
Fanat.Az xəbər verir ki, komandalar arasındakı ilk duel "Köln”ün meydanında reallaşmış və "Holştayn”ın 1:0 hesablı qələbəsiylə bitmişdi.
"Köln” bu gün səfərdə baş tutan matçda 5:1 hesabıyla qalib gəlib. Nəticədə "keçilər" cütün qalibi olaraq əsas Bundesliqadakı yerini qoruyub.
Fanat.Az