Klarens Zeedorf qovuldu

Klarens Zeedorf qovuldu

İspaniyanın "Deportivo” klubu baş məşqçisi Klarens Zeedorfla yollarını ayırıb.

 

 

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı La Korunya təmsilçisinin mətbuat xidməti yayıb. "Depor” anlaşması mövsümün sonunda bitən holland mütəxəssislə yeni müqavilə bağlamağı lazım bilməyib.

 

 

Xatırladaq ki, Zeedorf bu ilin fevralında "Deportivo”nun "sükanı arxasına” keçmişdi. 42 yaşlı mütəxəssis komandanı La Liqada saxlamaq vəzifəsinin öhdəsindən gələ bilməyib. Belə ki, "göy-ağlar” çempionatı 18-ci pillədə başa vuraraq, Sequndaya düşüb.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər