Klarens Zeedorf: "Qaradərili məşqçilərin imkanları məhduddur"

Klarens Zeedorf: "Qaradərili məşqçilərin imkanları məhduddur"

"Milan"ın və Niderland millisinin sabiq ulduzu Klarens Zeedorf qaradərili məşqçilərin Avropada ayrıseçkiliyə məruz qaldıqlarını deyib.

Fanat.Az xəbər verir ki, daha öncə də oxşar fikirlər səsləndirən mütəxəssis "La Gazzetta dello Sport"a son açıqlamasında belə danışıb:

"İtaliyanı rasist ölkə saymıram. Məncə, 20 il ərzində İtaliyanın nə demək olduğunu yaxşı anlamışam. Rasistlər hər yerdə var. Burada isə irqi ayrıseçkiliklə sistematik şəkildə qarşılaşırsan. "Milan"a məndən sonra gələn məşqçilər özlərinə İtaliyada komanda tapsalar da, mənə hələ bir təklif də olmayıb.

Avropada qaradərili mütəxəssislərin imkanları məhduddur. "Milan"da topladığım təcrübəyə rəğmən, Avropada mənimlə əməkdaşlıq etmək istəyən ciddi klub yoxdur. Hə, ciddi təklifim olub. Amma Avropadan yox, Çindən".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər