Kiyev "Dinamo"sunun hücumçusu Azərbaycandan "qeyri-ciddi" təklif alıb

Kiyev "Dinamo"sunun hücumçusu Azərbaycandan "qeyri-ciddi" təklif alıb
Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Kleyton ötən il Azərbaycan klublarının birindən təklif alıb.
Bu barədə braziliyalı hücumçu yerli "Futbol" nəşrinə müsahibəsində deyib.
26 yaşlı forvard bildirib ki, təklif qeyri-ciddi olduğu üçün onu qəbul etməyib: "Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Cənubi Koreya və ABŞ-dan çoxlu variant təklif olunmuşdu. Amma hamısı qeyri-ciddi idi. Hələ yüksək səviyyədə futbol oynamaq istəyirəm. Ona görə də "Dinamo"nu seçdim".
Qeyd edək ki, Kleyton Kiyev təmsilçisinə ölkəsinin "Atletiko Mineyro" klubundan keçib.(report.az)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər