Kiyev "Dinamo"sunun Əhmədi millimizə cəlb edilir? - AÇIQLAMA

Kiyev "Dinamo"sunun Əhmədi millimizə cəlb edilir? - AÇIQLAMA

Müqavilə ilə Kiyev "Dinamo"suna məxsus olan, hazırda icarə əsasında Luqansk "Zarya"sında çıxış edən Əhməd Əlibəyovun Azərbaycan millisinə cəlb ediləcəyi barədə xəbərlər yayılıb.

Sözügedən dayaq yarımmüdafiəçisinin ölkəmizin yığmasında oynamaq perspektivi ilə bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın Fanat.Az-a açıqlaması belə oldu:

"Bu barədə yayılan informasiyalar həqiqəti əks etdirmir. Əhməd Əlibəyovun Azərbaycan millisinə cəlb edilməsi gündəmdə deyil".  

Qeyd edək ki, Əhməd Əlibəyov əslən dağıstanlıdır. 24 yaşlı Ukraynanın bütün aşağı yaş qrupu üzrə millilərində, eləcə də U-21 seçməsində çıxış edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər