Kiyev "Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, paytaxt klububu Aleksey Mixayliçenko çalışdıracaq. 56 yaşlı mütəxəssis 2011-ci ildən bu klubda idman direktoru vəzifəsində çalışırdı. Onun təyinatı bu gün açıqlanacaq.
Mixayliçenko baş məşqçi postunda Çempionlar Liqasında uğursuz çıxışdan sonra istefaya göndərilən Aleksandr Xatskeviçi əvəzləyəcək.
Qeyd edək ki, Mixayliçenko 2002-2004-cü illərdə də "Dinamo”nu çalışdırıb. Həmin vaxt iki dəfə Ukrayna çempionatını, ölkə kubokunu və Super Kubokunu qazanan sabiq yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsində "Trabzonspor”a məğlubiyyətdən sonra işdən azad olunub. 2004-2008-ci illərdə Ukrayna U-21-inə başçılıq edən mütəxəssis 2011-ci ildə kluba qayıdıb. İki il idman direktoru vəzifəsini tutan Mixayliçenko 2012/13 mövsümündə məşqçi kimi fəaliyyət göstərib. O, 2013-cü ildə yenidən idman direktoru vəzifəsinə qayıdıb.
Fanat.Az