Kişilərimiz heç-heçə etdi, qadınlarımız uduzdu

Kişilərimiz heç-heçə etdi, qadınlarımız uduzdu

Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir. Fanat.az xəbər verir ki, bu gecə VI turun görüşləri keçirilib.

 

Bir gün öncə Fransaya qalib gələrək, turnir cədvəlində liderliyə yüksələn kişilərdən ibarət millimiz uğurlu seriyanı davam etdirmək arzusunda idi. Kişilərimiz buna qismən nail olublar. Belə ki, Serbiya ilə görüş 2:2 hesabı ilə başa çatıb.

 

Qadınlardan ibarət millimizi isə yenidən uduzub. Bu dəfə onlar 2,5:1,5 hesabı ilə ABŞ millisinə məğlub olublar.

Kişilər

Azərbaycan - Serbiya 2:2

Şəhriyar Məmmədyarov (2743) - İvan İvanişeviç (2613) 1:0

Teymur Rəcəbov (2724) - Miloş Perunoviç (2602) 0:1

Rauf Məmmədov (2659) - Robert Markus (2602) 0,5:0,5

Qədir Hüseynov (2613) - Nikola Sedlak (2554) 0,5:0,5

Qadınlar

Azərbaycan - ABŞ 1,5:2,5

Gülnar Məmmədova (2334) - İrina Kruş (2474) 1:0

Xəyalə Abdulla (2286) - Anna Zatonskix (2466) 0,5:0,5

Türkan Məmmədyarova (2274) - Tatev Abrahamyan (2366) 0:1

Səbinə İbrahimova (2263) - Yekaterina Nemçova (2315) 0:1

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər