Kişi komandasında qadın baş məşqçi - FOTOLAR

Kişi komandasında qadın baş məşqçi - FOTOLAR

Qadın futbolçulardan ibarət Xorvatiya milli komandasının və Zaqreb "Dinamo"sunun sabiq futbolçusu Tiana Nemçiç karyerasında yeni addım atıb. Fanat.az xəbər verir ki, qadın futbol veteranı ölkənin 5-ci divizionunda çıxış edən "Viktoriya" (Vakovats) adlı kişi komandasının baş məşşqçisi olub.

25 yaşlı sarışın xanım kişi komandasına rəhbərlik etməkdən çəkinmədiyini bildirib. Əksinə, Nemçiç qarşısına qoyulan məqsədin öhdəsindən gələcəyinə tam əmindi. O, müsahibələrindən birində etiraf edib ki, oyunçular sözünə baxır, heç bir problem yaratmırlar. Baş məşqçinin özü isə komandanı qurmaqda və taktikasını müəyyənləşdirməkdə sərbəstdi.

Qeyd edək ki, Tiana Nemçiç təkcə idman nailiyyətləri ilə məşhur deyil. O, top-model kimi də karyera qurub. Nemçiç 2008-ci ildə "Xorvatiyanın idman gözəli" müsabiqəsinin finalçısı olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər