Kipr millisində yeni baş məşqçi

Kipr millisində yeni baş məşqçi
Kipr millisinə yeni baş məşqçi təyin olunub. 
 
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, komanda Nikos Kostenoqluya həvalə olunub. 51 yaşlı mütəxəssislə 24 saat ərzində rəsmi müqavilənin imzalanacağı bildirilib. Kostenoqlu bu vəzifədə ötən gün istefaya göndərilmiş Yohan Valemi əvəzləyib.
Qeyd edək ki, Kipr seçməsi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə Azərbaycanla eyni qrupda yer alıb. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Canni De Byazinin başçılıq etdiyi kollektiv ikinci görüşdə qolsuz heç-heçəyə razılaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər