Avrokubokların III təsnifat mərhələsinin 27 cavab oyunundan sonra UEFA-nın əmsallar cədvəlində dəyişikliklər qeydə alınıb. Fanat.Az xəbər verir ki, “Panatinaikos”a Bakıda1:2 hesabı ilə yenilən "Qəbələ" Azərbaycana heç nə qazandıra bilməyib.
Belədə, mövsümlük qazancımız - 2,625 əmsal olduğu kimi qalıb. 22-ci pillədəki ölkəmizin 21-ə qalxmaq ehtimalı isə yetərincə azalıb. AEK və "Apollon"un uğurlu çıxışı Kiprin ölkəmizlə fərqi 1,050-yə yüksəltməsinə şərait yaradıb. Ən yaxın təqibçimiz yenə Belarusdu. Sözügedən slavyan ölkəsini 0,125 əmsal qabaqlayırıq.
Fanat.Az