Kinqsli Koman "Əl-Nəsr"də - RƏSMİ

Kinqsli Koman "Əl-Nəsr"də - RƏSMİ

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” heyətinə yeni futbolçu qatıb.

Fanat.Az xəbər verir ki, paytaxt klubu “Bayern Münhen”in 29 yaşlı yarımmüdafiəçisi Kinqsli Komanı rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

“Əl-Nəsr”in Komanın transferi üçün 25 milyon avro ödəyib.

Daha öncə PSJ və “Yuventus”da oynamış Koman 2017-ci ildən “Bayern”də top qovurdu.

Xatırladaq ki, portuqaliyalı superulduz Kriştianu Ronaldu da hazırda "Əl-Nəsr"də çıxış edir.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər