Bəzi tənqidçilərin fikrincə, Lionel Messi hələ Fransa çempionatında "partlaya bilməyib".
Fanat.Az xəbər verir ki, Fransanın “Avropa 1” radiosuna müsahibə verən PSJ-nin direktoru Leonardo isə argentinalını müdafiə edərək onu tənqid edənləri "hədəfə alıb".
“Messi haqqında mübahisə etməyə başlayırsansa, bu, futboldan heç nə anlamamağın deməkdir. Biz ona heç vaxt şübhə edə bilmərik. Messinin rəqəmlərinə baxsanız, onun buradakı ilk altı ayı inanılmazdır. O və Mbappe demək olar ki, hər qolda iştirak edib. Biz Messini bütün oyunlarda qol vurmaq üçün gətirməmişik. Biz onun gəlişi ilə daha rəqabətliyik”, - deyə o şərh edib.
Leonardo Messinin bu mövsüm PSJ-də Çempionlar Liqası da daxil olmaqla, 15 oyunda 6 qol vurduğunu və 5 məhsuldar ötürmə etdiyini xatırladaraq onu Kilian Mbappe və Neymarla tarixi üçlük yaratmaq üçün transfer etdiklərini vurğulayıb:
“Kim deyir ki, o, hər oyunda 12 km qaçmalıdır? O, 20 ildir ki, eyni şəkildə oynayır! O, dahi olduğu üçün hamıya uyğunlaşmağı bacarır. Zamanla komandamızdakı digər dahilər də ona uyğunlaşacaqlar. Onun çox səy göstərmədiyini düşünənlər isə problem axtarırlar”, - PSJ-nin braziliyalı direktoru əlavə edib. Mirağa