Keyn tarixə düşdü - ÇL-də bunu ondan başqa heç kim bacarmayıb

Keyn tarixə düşdü - ÇL-də bunu ondan başqa heç kim bacarmayıb

Almaniyanın "Bayern" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Dinamo Zaqreb"i sensasiyalı şəkildə 9:2 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, münhenlilərin hücumçusu Harri Keyn bu oyunda bir pokerə imza atıb. 

O, dörd qoldan üçünü penaltidən vurub ki, bununla da yarışın tarixinə rekordçu kimi düşüb.

"Opta Sport"un məlumatına görə, Keyn Çempionlar Liqasının tarixində penaltilərdən het-trik edən ilk oyunçu olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər