Keyn "Bayern"i tərk edəcəyi gözlənilən Müllerin tərəfini tutdu

Keyn "Bayern"i tərk edəcəyi gözlənilən Müllerin tərəfini tutdu

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində dünən öz meydanında "İnter"ə uduzan (1:2) "Bayern Münhen"in hücumçusu Harri Keyn cari mövsümün sonunda Almaniya nəhəngini tərk edəcəyi gölənilən komanda yoldaşı Tomas Müllerdən danışıb.

Fanat.Az-ın məlumatına görə, ingilis forvardın İtaliya təmsilçisinə yeganə qolu vuran alman oyunçu haqqında dediklərini "Bayern & Germany" belə çatdırıb:

"Müller hələ də həm psixoloji, həm də fiziki baxımdan yaxşı formadadır. Tomas meydana nə vaxt çıxırsa, komandaya kömək edir".

35 yaşlı Müller 2000-ci ildən "Bayern"in strukturundadır. O, Münhen klubunun əsas komandası ilə 32 titul qazanıbsa, Almaniya yığması ilə DÇ-2014-ün qalibi olub.

Qeyd edək ki, "İnter" - "Bayern" oyunu aprelin 16-da keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər