“Bayern Münhen”in hücumçusu Harri Keyn klubdakı gələcəyi və yeni müqavilə ilə bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, informasiyanı "Bundesliga.com" yayıb. Məlumata görə, İngiltərə millisinin kapitanı Münhen klubuyla müqavilənin uzadılması ilə bağlı danışıqların müsbət istiqamətdə getdiyini bildirib. Keyn tərəflərin razılığa yaxın olduğunu və yaxın zamanda bununla bağlı açıqlama veriləcəyini deyib. “Danışıqlar yaxşı gedir. Demək olar ki, razılığa gəlmişik. Hələ həll etməli olduğumuz bir neçə məsələ var. Burada xoşbəxtəm. Düşünürəm ki, yaxın vaxtlarda bununla bağlı hansısa açıqlama olacaq”, - Keyn bildirib. 33 yaşlı futbolçunun “Bayern” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Keyn 2023-cü ildə “Tottenhem”dən Almaniya klubuna keçib. Futbolçu Münhendə özünü rahat hiss etdiyini və hazırkı məşqçi, komanda və mühitin onun ən yüksək səviyyədə çıxış etməsinə kömək etdiyini də vurğulayıb. Almaniya klubunun rəhbərliyi də Keynlə müqavilənin uzadılmasında maraqlı olduğunu açıq şəkildə bildirib. Əlisahib İbrahimli
Keyn gələcəyi barədə danışdı
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:38
15.10.2026
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:50
15.10.2026
"Sabah"la oyun ərəfəsində "Qəbələ" qapıçısını itirdi
Azərbaycan futbolu
17:14
15.10.2026
1-ci Liqa: Lider ilk məğlubiyyətin acısını daddı, "Səbail"dən inamlı qələbə