Kevin De Bröyne aşağı liqa klubu ilə danışıq aparır

Kevin De Bröyne aşağı liqa klubu ilə danışıq aparır

"Mançester Siti"nin 33 yaşlı yarımmüdafiəçisi Kevin De Bröynenin karyerasını harada davam etdirəcəyi ilə bağlı daha bir məlumat dərc edilib.

Fanat.Az xəbər verir ki, bu barədə növbəti informasiyanı "The Sun" yayıb.

Xəbərə görə, belçikalı ulduz Səudiyyə Ərəbistanının 2-ci liqa təmsilçisi “Neom”la danışıq aparır. Mənbə belçikalı ulduzun ona yüksək maddi şərtlər təklif edən klubla anlaşmağa yaxın olduğunu vurğulayıb.

Qeyd edək ki, De Bröynenin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər