"Keşlə"nin sabiq baş məşqçisi 71 yaşında ata oldu

"Keşlə"nin sabiq baş məşqçisi 71 yaşında ata oldu
Bakının "İnter" (hazırkı "Keşlə") klubunun sabiq vitse-prezidenti və baş məşqçisi Anatoli Konkov 71 yaşı ərəfəsində ata olub.
Fanat.Az xəbər verir ki, bu barədə həyat yoldaşı Mariya şəxsi "Instagram" səhifəsində paylaşım edib.
 
Konkovun özündən iki dəfə kiçik olan həyat yoldaşı sentyabrın 5-də Saşa adlı qız övladlarının dünyaya gəldiyini yazıb. Konkovun 71 yaşı isə sentyabrın 19-da tamamlanacaq. 
Qeyd edək ki, Anatoli Konkov "İnter"də 2004 - 2006-cı illərdə çalışıb. Onun dövründə paytaxt təmsilçisi yalnız 2004/2005 mövsümündə Azərbaycan Kubokunun finalçısı olub və həlledici görüşdə "Bakı" komandasına uduzub - 1:2. 2012 - 2015-ci illərdə isə Konkov Ukrayna Futbol Assosiasiyasının prezidenti olub. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər