"Keşlə"dən ayrılıb Serbiya klubuna keçdi

"Keşlə"dən ayrılıb Serbiya klubuna keçdi

"Keşlə"nin qışda yollarını ayırdığı futbolçulardan Miyuşko Boyoviç özünə yeni klub tapıb.

Fanat.Az xəbər verir ki, paytaxt klubunun yollarını ayırdığı monteneqrolu müdafiəçi karyerasını Serbiyada davam etdirəcək.

O, Serbiyanın birinci liqa klubu "İndija" ilə 4 aylıq müqavilə imzalayıb. Boyoviçin yeni komandası hazırda liderdir və Superliqaya yüksəlməyə real namizəddir.

Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2019-cu ilin yayından "Keşlə"də çıxış edirdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər