"Keşlə" Özbəkistan millisiylə bərabərə qaldı

"Keşlə" Özbəkistan millisiylə bərabərə qaldı

Yanvarın 12-dən Antalyada təlim-məşq toplanışında olan "Keşlə" bu gün ilk sınağına çıxıb.

  

Fanat.Az-ın məlumatına görə, Tərlan Əhmədov Antalyada birinci, ümumilikdə isə ikinci yoxlama görüşündə yetirmələrinin hazırlıq durumuna baxa bilib.

Ölkə daxilində "Qaradağ Lökbatan"a böyük hesabla (4:0) qalib gələn "Keşlə"nin bugünkü rəqibi Özbəkistanın U-23 yığması olub. Oyun qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, bundan əlavə "Keşlə" Antalyada daha 3 oyun keçirəcək. Komanda yanvarın 23-də "Atırau” (Qazaxıstan), 25-də isə "Çertanovo” (Rusiya) ilə qarşılaşacaq. Yanvarın 20-si üçün rəqib hələ bəlli deyil.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər