"Keşlə" "Universitatya Krayova"nı razı sala bildimi? - SON DURUM

"Keşlə" "Universitatya Krayova"nı razı sala bildimi? - SON DURUM
Avropa Liqasında mübarizə aparacaq "Keşlə" Sezar Meza Kollini heyətdə saxlamaq üçün danışıqları davam etdirir.
Fanat.Az-ın xəbərinə görə, Bakı təmsilçisi son mövsümdə icarə əsasında oynatdığı paraqvaylını yenidən icarəyə götürməkdə maraqlıdır. "Keşlə" 2019/20 mövsümündə olduğu kimi, Sezara yalnız maaş vermək, onun xidmətində maraqlı olmayan klubunu - Rumıniya "Universitatya Krayova"sını isə pulsuz razı salmağa çalışır.
Bu təkliflə çıxış edən bakılılar indilik qarşı tərəfdən "hə" cavabı almayıb.
Qeyd edək ki, AFFA-nın Sezar Meza Kollini milliləşdirməsi də gündəmdədir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər