“Keşlə”nin Qazaxıstan klubuna gücü çatmadı

“Keşlə”nin Qazaxıstan klubuna gücü çatmadı
Topaz Premyer Liqasının II dövrəsinə hazırlıqları Antalyada davam etdirən "Keşlə” növbəti sınaq oyununa çıxıb. 
Fanat.Az xəbər verir ki, Tərlan Əhmədovun yetirmələri 3-cü yoxlama görüşündə Qazaxıstan təmsilçisi "Atırau” ilə qarşılaşıb.
"Starlight Resort Hotel”in meydançasında baş tutan oyunda hesabı təmsilçimiz açıb. Rəqib qapısına Nikola Mitroviç yol tapıb.
Lakin "Keşlə” Qazaxıstan klubu ilə bacarmayıb. 3 qol buraxan təmsilçimiz meydanı məğlub tərk edib.
Qeyd edək ki, "Keşlə” ilk iki oyununda Özbəkistanın gənclər millisi ilə bərabərliyə razılaşmış (0:0), Vranye "Dinamo”suna isə uduzmuşdu – 0:2.
 
Yoxlama oyunu
23 yanvar
Keşlə (Azərbaycan) - Atırau (Qazaxıstan) 1:3
Qol: Nikola Mitroviç, 5.
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşkın, 3. Denis Silva, 9. Amil Yunanov, 11. Vüsal İsgəndərli, 17. Samir Məsimov, 19. Azər Salahlı, 22. Nikola Mitroviç, 25. Con Kamara, 33. Tərlan Quliyev, 94. Seymur Əsədov.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev,  4. Slavik Alxasov,, 7. Emin Mehtiyev, 10. Ruslan Nəsirli, 14. Andre Klennon, 18. Ruslan Əmircanov, 80. Dialo Samba, 90. Valeri Kutsenko, 93. Edvinas Girdvainis.
Antalya. "Starlight Resort Hotel”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər