“Kərimin yoxluğu bizə təsir edib" - Şahin Diniyev

“Kərimin yoxluğu bizə təsir edib" - Şahin Diniyev
"Bütün oyunlara olduğu kimi qarşıdakı matça da eyni istəklə hazırlaşmışıq. Həftə boyunca komanda səylə məşq edib. “Xəzər Lənkəran”la oyun bizim üçün çox vacibdi. İki ardıcıl qələbədən sonra uğurlu çıxışımızı davam etdirmək istəyirik". Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib. 
Təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında yetirmələrinin Topaz Premyer Liqasının IX turu çərçivəsində “Xəzər Lənkəran”la keçiriləcək matçın mahiyyətini başa düşdüyünü söyləyib: “Uşaqlar qarşıdakı oyunun bizə nə verəcəyini yaxşı anlayırlar. Ona görə də deyə bilərəm ki, bizi çox çətin oyun gözləyir. Onlarla aramızdakı fərq 2 xaldı. Bu üzdən matç 6 xallıq oyuna bərabərdi”.
Komandanın heyətində cəzalı futbolçu olmasa da, itki var. Kərim Diniyev zədəlidi. Bu səbəbdən yarımmüdafiəçi lənkəranlılarla görüşdə “sarı-göylər”ə kömək edə bilməyəcək: “Kərimin yoxluğu bizə təsir edib. Çünki müdafiəyə meylli başqa orta xətt oyunçumuz yoxdu. Bununla belə onun yerini doldurmağa çalışacağıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər