"Real Madrid"in fransız ulduzu Kərim Benzema "Qızıl top"u qazanacağına ümid edir.
Fanat.Az xəbər verir ki. ötən həftə UEFA tərəfindən ilin oyunçusu seçilən Benzema "L'Equipe"ə verdiyi açıqlamada bu barədə danışıb:
"Nə olacağını zaman göstərəcək. Bu, uşaqlıq xəyalım idi, indi isə uzaqda deyil”.
"Real"ın Çempionlar Liqası və La Liqa titullarını qazanmasında mühüm rol oynayan Benzema ilə yanaşı, daha üç fransız namizəd sözügedən mükafata namizəd olan 30 nəfərlik siyahıda yer alıb. Söhbət Kilian Mbappe, Kristofer Nkunku və Mayk Maignandan gedir.
Qeyd edək ki, "Qızıl top"la bağlı mükafatlandırma mərasimi oktyabrın 17-də Parisdə keçiriləcək.
Mirağa