Kənan da startda uduzdu, Madina da

Kənan da startda uduzdu, Madina da

Azərbaycan cüdoçusu Madina Kaisinova (+78 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında məğlub olub.

Fanat.Az xəbər verir ki, 1/16 finalda Elis Startseva ilə (Rusiya) qarşılaşan təmsilçimizin ilk cəhdi uğursuz olub.

Kənan Nəsibov (+100 kq) da birinci qarşılaşmada yenilib. O, 1/8 finalda Erik Abramovla (Almaniya) bacarmayıb.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər