Kefren Türam İtaliya nəhənginə keçir

Kefren Türam İtaliya nəhənginə keçir

Fransanın "Nitsa" klubunun futbolçusu Kefren Türam karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "Yuventus"la razılığa gəlib.

Fransa millisinin və Turin təmsilçisinin sabiq müdafiəçisi Lilian Türamın oğlu olan Kefrenlə müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, Kefrenin qardaşı Markus Türam hazırda Milan "İnter"inin formasını geyinir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər