Keçmiş “Qalatasaray”lı Super Liqada klubunu dəyişdi

Keçmiş “Qalatasaray”lı Super Liqada klubunu dəyişdi

“Sivasspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Türkiyə klubu Super Liqanın digər təmsilçisi “Kayserispor”dan Emrah Başsanı transfer edib.

31 yaşlı cinah oyunçusu ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçib

Başsan 2021-ci ilin yayından “Kayserispor”un uğurları üçün çalışırdı. Sağ cinah vingeri bu komandada 66 oyuna 10 qol vurub. O, daha öncə “Antalyaspor, “Ərzurumspor”, “Pendikspor”, “Fortuna Sittard”, “Rizəspor”, “Vitoriya Setubal” və “Qalatasaray” kimi klublarda da forma geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər