Keçmiş prezident varisinin oğurlanmasını istəyib

Keçmiş prezident varisinin oğurlanmasını istəyib

“Valensiya”nın keçmiş prezidenti Xuan Soler ispan polisi tərəfindən həbs edilib. Fanat.az xəbər verir ki, o, "yarasalar”ın başqa bir  keçmiş prezidentinin - özündən sonrakı varisinin qaçırdılmasında şübhəli bilinir.

Visente Sorianonun qaçırılmasına Solerə olan borcu səbəb olub. Klubun səhm paketlərinin idarə olunmasını təhvil verdiyinə görə, Soler kompensasiya ödənilməliydi. Sorianodan borcu almaq istəyən keşmiş president muzdlu qatil tutub.

Polis bu barədə axtarışların aparılması və Solerin günahını sübuta yetirən videonun olmasını təsdiqləyib. O, hələ ki, ifadə verməkdən imtina edir.

Solerə ölkə ərazisini tərk etmək qadağan olunub. Öz növbəsində, Soriano hər şeyin yaxşı olduğunu və bu xəbərdən təəccübləndiyini deyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər