Kazemiro "Mançester Yunayted"in yeni mövsümdə İPL-in qalibi olacağını açıqladı

Kazemiro "Mançester Yunayted"in yeni mövsümdə İPL-in qalibi olacağını açıqladı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro komandasının bu mövsüm İngiltərə Premyer Liqasının (İPL) qalibi olacağını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "British GQ" braziliyalı futbolçunun ona ünvanlanan sualı cavablandırdığı videonu "X" hesabında paylaşıb:

- Bu mövsüm İngiltərə çempinatını hansı komanda qazanacaq? - "Mançester Yunayted".

Xatırladaq ki, MY ötən "futbol ili"ndə portuqaliyalı mütəxəssis Ruben Amorimin rəhbərliyi altında İPL-dəki mübarizəni 15-ci yerdə tamamlayıb. "Qırmızı şeytanlar" 38 oyuna 42 xal toplayıblar. Mançester təmsilçisi yeni mövsümdə ilk sınağına avqustun 17-də çıxacaq. Sözügedən kollektiv öz meydanında "Arsenal"la qarşılaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər