"Kayrat"ın məşhur braziliyalısı söz verdi

"Kayrat"ın məşhur braziliyalısı söz verdi
"Kayrat"la yeni müqavilə imzalayan Vaqner Lav klubun mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, məşhur braziliyalı forvard belə danışıb:
"Bura gələndən bəri məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm. Çempion olduğumuz üçün şadam. Titul qazanmaqdan yaxşı nə ola bilər ki... Əlbəttə, müqavilə yenilədiyim üçün də çox xoşbəxtəm. Mümkün qədər çox çalışacağıma söz verirəm. Yeni hədəflərə çatmaq arzusundayam".
Xatırladaq ki, Braziliyanın "Korintians" klubundan azad agent qismində ayrılan hücumçunun Moskva MOİK-inə keçəcəyi gözlənilsə də, o, iyulun 8-də "Kayrat"la qısamüddətli anlaşma imzalamışdı.
Sözügedən Qazaxıstan klubu bu ayın əvvəlində (16 ildə ilk dəfə) ölkə çempionluğunu bayram edib. 13 çempionat matçına çıxan Vaqner isə 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər