"Kayrat"da ayrılıq

"Kayrat"da ayrılıq

Qazaxıstanın "Kayrat" klubunun fiziki hazırlıq üzrə məşqçisi Vadim Borovski Rusiya "Spartak"ına keçib.

Fanat.Az xəbər verir ki, məlumatı Almatı təmsilçisinin rəsmi saytı yayıb.

35 yaşlı mütəxəssis Moskva komandasının məşqçilər heyətinə daxil edilib. Onun yeni vəzifəsi açıqlanmayıb.

Qeyd edək ki, "Kayrat" UEFA Konfrans Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasındakı hər iki görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qalib gəlib - 2:1. Hazırda Almatı komandası 1 xalla qrup sonuncusudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər