“Kayrat” - “Dinamo”: məşqçi fikirləri

“Kayrat” - “Dinamo”: məşqçi fikirləri

Futzal üzrə UEFA Kubokunun 1/2 final mərhələsi çərşivəsində keçirilmiş “Kayrat” - “Dinamo” oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

 

Kakau (“Kayrat”ın baş məşqçisi): “Dinamo”nu qələbə münasibətilə təbrik edrəm. Amma hesab edirəm ki, oyunun nəticəsi ədalətli olmadı. Bizim qol vurmaq üçün daha çox şansımız var idi. Əzmkar oyuna görə uşaqlara təşəkkür edirəm. Bizi üçüncü yer uğrunda oyun gözləyir və biz həmin qarşılaşmada qalib gəlmək istəyirik”.

 

Faustino Peres (“Dinamo”nun baş məşqçisi): “Turnirin təşkilatçılarına təşəkkür edirəm. Bərabər səviyyəli oyun oldu. Oyunun ritminə uyğun çıxış edə bildik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Finalda hansı komanda ilə qarşılaşacağımızın bizim üçün fərqi yoxdur. Amma gizlətməyəcəyəm, İspaniya təmsilçisinin qələbəsini istəyərdim”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər