Kaxaber Tsxadadze: "...ən yaxşı şəkildə başa vurmalıyıq"

Kaxaber Tsxadadze: "...ən yaxşı şəkildə başa vurmalıyıq"

Kaxaber Tsxadadze "Neftçi" ilə oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbə verir ki, "İnter"in baş məşqçisi bu sözləri deyib: 

"Kubok oyunu çempionat oyunlarından fərqlənir. Səfərdə oynayan komanda üçün çox önəmlidi ki, ilk oyunda qol vursun. Bizim bu cür imkanlarımız oldu, amma yararlana bilmədik. “Neftçi” şansından maksimum istifadə etdi, qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz indi bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalı və mövsümü ən yaxşı şəkildə başa vurmalıyıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər