Bir dönəm Azərbaycanda çalışan futbol məşqçisi Kaxaber Tsxadadzenin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, o, Tbilisi "Dinamo"sunun baş məşqçisi təyin olunub.
Məlumatı klubun rəsmi feysbuk səhifəsi yayıb.
Xəbərə görə, gürcü mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, Tsxadadze 2008-ci ildə Bakının "Standard", 2009 - 2014-cü illərdə isə "İnter" komandalarının baş məşqçisi olub. O, son olaraq Qazaxıstanın "Ordabaşı" komandasına rəhbərlik edib.
Fanat.Az