PSJ-ninhücumçusuEdinson Kavani karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Fanat.Az "As” nəşrinə istinadən xəbər verir ki, "Real” uruqvaylı forvardı hədəfə alıb. "Real” rəhbərliyi danışıqlara başlamaq istəsə də, keçidin alınıb-alınmayacağını zaman göstərəcək. Səbəb PSJ-nin sahibi Nasser Əl-Helaifinin cənubi amerikalını buraxmaq istəməməsidi.
2013-cü ildə "Napoli”ni PSJ-yə dəyişən Kavani 2017/18 mövsümündə Paris təmsilçisində 40 oyun keçirib və 48 top vurub.
Fanat.Az