"Mançester Yunayted"dən azad agent qismində ayrılan Edinson Kavani karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az "Sky Sport"a istinadən xəbər verir ki, uruqvaylı hücumçunun xidmətində A Seriyasının debütantı "Montsa" maraqlıdır.
Xəbərə görə, tərəflər artıq danışıqlara başlayıb. Mənbə Kavaninin əməkhaqqı ilə bağlı tələbləri təmin ediləcəyi halda, onun "Montsa" ilə müqavilə bağlayacağını vurğulayıb.
Qeyd edək ki, ötən mövsüm "Mançester Yunayted" forması ilə 19 matça çıxan Kavani 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat