"Katalonca danışmağa çalışacağam" - Jül Kunde

"Katalonca danışmağa çalışacağam" - Jül Kunde

Fransa millisinin 23 yaşlı müdafiəçisi Jül Kunde "Barselona"ya transferindən danışıb.

Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:

"Çelsi"yə keçmək şansım da var idi. Ancaq "Barselona" variantını seçdim. Çünki bu klubun hədəfləri daha böyükdür. Digər tərəfdən, La Liqanı tərk etmək istəmədiyimi də deməliyəm. "Barselona"nın "Sevilya" ilə apardığı danışıqların yekunlaşmasını səbirsizliklə gözləyirdim. Əlbəttə, yeni çempionatda çıxış etməyəcəyim üçün adaptasiya problemi yaşayacağımı düşünmürəm. İndi yalnız "Barsa"nın oyun tərzinə uyğunlaşmalıyam. 

Burada olduğum üçün çox xoşbəxtəm. Prezidentə və fanatlara mənə isti münasibət göstərdiklərinə görə minnətdaram. İndi məşqlərdə tər tökməli və komandamın qələbələr qazanmasına yardımçı olmalıyam. Hə, onu da deyim ki, bir neçə aydan sonra katalonca danışmağa çalışacağam".

Xatırladaq ki, "Barselona" Kundeni ictimaiyyətə dünən təqdim edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər