Kassano Messini Maradonadan üstün sayır

Kassano Messini Maradonadan üstün sayır
İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano Dieqo Maradona və Lionel Messini müqayisə edib.
Fanat.Az "Football İtalia”ya istinadən xəbər verir ki, ulduz veteran "Barselona”nın kapitanını Maradonadan üstün saydığını söyləyib:
"Maradona 4-5 ildə inanılmazı reallaşdırıb, amma Messi 15 ildi ki, bu işi görür. Bu müddətdə 710 qol vurub, 300 qol ötürməsi edib. Messi meydandadırsa, onun komandası artıq 1:0 öndədi. Maradona fanatları bununla barışmalıdır”.
Qeyd edək ki, Messi bu mövsüm "Barsa” formasıyla çıxdığı 22 oyunda 19 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər