İspaniya millisinin qapıçısı İker Kasilyas növbəti rekorda imza atıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, bu, İspaniya millisinin İngiltərəyə 2:0 hesabı ilə qalib gəldiyi yoxlama matçında baş verib. Bu oyunla təcrübəli qolkiper 100 qarşılaşmada qapısını toxunulmaz saxlayan ilk qapıçı olub.
Qeyd edək ki, İ.Kasilyas 2000-ci ildən İspaniya millisinin əsas komandasında oynayır
Fanat.az