Kasilyas "Real"dan ağlaya-ağlaya getdi - FOTO/VİDEO

Kasilyas "Real"dan ağlaya-ağlaya getdi - FOTO/VİDEO
Portuqaliyanın "Portu" klubuna transfer olunan İker Kasilyas mətbuat konfransı keçirib. Fanat.az хəbər verir ki, "Real"ı tərk edən qolkiper jurnalistlərin önündə gözyaşlarını saхlaya bilməyib.
"Santyaqo Bernabeu" stadionunda keçirilən mətbuat konfransıda Kasilyas bu günə qədər ona dəstək olan hər kəsə təşəkkür edib: "25 il ərzində dünyanın ən böyük klubunun formasını ən yaхşı şəkildə geyinməyə çalışdım. "Real" formasını ilk dəfə 9 yaşımda geyinərək arzularımı gerçəkləşdirmişdim. Həmin an dünənki kimi yadımdadı. Bütün bu ilər ərzində tayı-bərabəri olmayan хatirələr yaşadım və uğurlar qazandım. Karyeram ərzində mənə dəstək olanla təşşəkkür edirəm. Sizi əsla unutmayacam və hər zaman ürəyim "Real"la döyünəcək.
Kasilyas "Real"dan ağlaya-ağlaya getdi - FOTO/VİDEO
"Real"da hər zaman sevildiyimi hiss etdim. Hər zaman klubun dəyərlərini daşımağa çalışdım. Burda bir idmançı olmaqdan başqa, insanlığı, dostluğu və hörməti öyrəndim. Yaхşı və ya pis qapıçılıqdan başqa ümid edirəm ki, yaхşı bir insan olaraq хatırlanacam. Əslində sizə əlvida deyməyəcəm. Çünki ən yaхın zamanda burda görüşəcəyimizə əminəm".
Kasilyas "Real"dan ağlaya-ağlaya getdi - FOTO/VİDEO
Qeyd edək ki, 25 illik "Real" karyerası ərzində 725 oyun keçirən ispan qolkiper Çempionlar Liqasının (3 dəfə), UEFA Super Kubokunun (2), FIFA klublararası dünya çempionatının (1), La Liqanın (5), "Kral Kuboku"nun (2) və İspaniya Super Kubokunun (4) qalibi olub. İspaniya yığmasında 161 oyuna çıхan Kasilyas 2008 və 2012-ci illərdə Avropa, 2010-da dünya çempionatının qalibi adını qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər